YENİ İŞÇİ QRUPLAR YARADILDI Sərəncam

24.06.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb və tərkibi təsdiq edilib.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, İşçi qrupun rəhbəri 2025-ci il oktyabrın 1-dək təqdim edilən təkliflərin İşçi qrupda müzakirəsini təşkil edərək Dövlət Proqramının ilkin icmal layihəsinin hazırlanması üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə göndərəcək.

İqtisadiyyat Nazirliyi isə Dövlət Proqramının ilkin icmal layihəsini 2025-ci il noyabrın 1-dək İşçi qrupun rəhbərinə təqdim edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью