Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bazar ertəsi yeni işə çıxırsınız?
Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi və s. Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz?
Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik. Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik:
Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq. Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik.
Belə ki: 1) Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir.
Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın.
Yeni xəbərləri (şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.
2) Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın.