Yeni işıqfor qoyulan prospektdə təcili yardım maşını yolda qaldı Video

17.07.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Sürücülər yeni quraşdırılan işıqforun tıxaca səbəb olduğunu, təcili yardım avtomobilinin sıxlıqda qalaraq keçə bilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkili üzrə dəyişiklik edib. Dəyişikliyə əsasən, ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.

Baku TV-yə istinadən təcili yardım avtomobilinin sözügedən ərazidə çətin vəziyyətdə qalmasını əks etdirən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью