Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonunda, 20 Yanvar küçəsində yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin qarşısında yeni düyməli işıqforlar quraşdırılaraq “Bilik Günü”ndə – yeni tədris ilinin ilk günündə müəllim və şagird heyətinin istifadəsinə verilib.
Bu barədə "Cebheinfo.az"-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dirəklər üzərində nəqliyyat və piyada işıqforları, həmçinin piyadaların hərəkətini tənzimləyən çağırıcı qurğular yerləşdirilib.
Yeni işıqforların istifadəyə verilməsi ilə məktəb qarşısında piyada hərəkətinin daha təhlükəsiz və nizamlı təşkili təmin olunub.
Qeyd edilib ki, işıqforların quraşdırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin