Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan bütün sahələrdə geniş və əhatəli uğurlara imza atır.
Bu da ölkəmizin dünya miqyasında yerinin və rolunun daha da artmasına, nüfuzunun yüksəlməsinə təkan verir.
Əksər beynəlxalq maiyyə qurumları Azərbaycanın dünya miqyasında müsbət uğurlara nail olan dövlət kimi xarakterizə edirlər.
Son 22 ilin göstəricilərinə nəzər salsaq məlum olar ki, ölkəmizin bu illər ərzində iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik.
Ötən dövr ərzində regionda reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 22 il ərzində misilsiz uğurlara imza atılıb.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib.
Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır.