Yeni ixtira: Nüvə saatı hazırlandı

09.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Alimlər atom nüvəsindəki enerji keçidlərinə əsaslanan nüvə saatları hazırlayıblar.

Lent.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan tədqiqatların nəticələrinə görə, bu texnologiya gələcəkdə zamanın daha dəqiq ölçülməsinə imkan yarada bilər.

Adi atom saatlarından fərqli olaraq, nüvə saatları elektronların deyil, atom nüvəsinin enerji səviyyələrindəki dəyişiklikləri izləyir. Bu xüsusiyyət onları xarici təsirlərə qarşı daha davamlı edə bilər.

Yeni texnologiyanın qaranlıq maddənin araşdırılmasında və fundamental fizika qanunlarının öyrənilməsində də istifadə oluna biləcəyi bildirilir. Bununla belə, nüvə saatlarının dəqiqliyinin artırılması üçün əlavə tədqiqatlara ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью