Yeni kartdan karta qaydaları vətəndaşlara da aiddir? Rəsmi açıqlama

14.10.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda aprelin 1-dən kartdan karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb.

“Qafqazinfo” məsələnin aktuallığını nəzərə alaraq Mərkəzi Bankla (AMB) əlaqə saxlayıb.

AMB-dən saytımıza bildirilib ki, bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Mərkəzi Bankının təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzi infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью