Yeni katolikos seçkiləri təşkil etməliyik Paşinyan

10.06.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz Müqəddəs Eçmiədzin Ana Patriarxlığının azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil etməliyik. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Telegram" kanalında yazıb.

"İndiki mərhələdə biz qeyd olunan gündəliyin təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmalıyıq. Koordinasiya qrupunun üzvləri kişilər və qadınlar, sadə insanlar və ya ruhanilər ola bilər. Subay din xadimlərinə gəldikdə isə, onların subaylıq andını pozmamaları şərtdir.

Yuxarıda qeyd olunan meyarlar ətrafında apardığımız müzakirələr əsasında koordinasiya qrupunun ilk 10 üzvünü seçmək məsuliyyətini öz üzərimə götürəcəyəm...", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью