Yeni Klinikada beynində tromb olan xəstəyə ilk dəfə bu metod tətbiq edildi

11.09.2026

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib.


Medicina.az xəbər verir ki, 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Müayinələr zamanı sağ orta beyin arteriyasının tromboemboliyası aşkarlanıb.

İnvaziv radioloq Ağakişi Yəhyayev tərəfindən pasiyentə təcili mexaniki trombektomiya icra olunub. Tromb damardan çıxarılaraq beynin qan dövranı bərpa edilib.

Müdaxilədən sonra pasiyentin müalicəsi İnsult Mərkəzinin şöbə müdiri Minarə Çərkəzzadə və həkim-nevroloq Emin Nəsirovun nəzarəti altında davam etdirilib. Nevroloji əlamətləri tam aradan qalxan pasiyent 5 günlük stasionar müalicədən sonra evə buraxılıb.

Qeyd edək ki, Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ilk dəfə icra olunan mexaniki trombektomiya insult zamanı tıxanmış beyin damarının açılmasına və qan dövranının bərpasına imkan verən müasir müalicə üsuludur.


medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью