Manset saytından alınan məlumata görə, Icma.az bildirir. AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri y
Manset.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Məlumat verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki "Yeni Klinika"ya hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib.
Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.
Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir",-deyə qurumdan əlavə edilib.
Qeyd edilib ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.