Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı

28.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sandfall Interactive" şirkəti "Clair Obscur: Expedition 33" kompüter oyununun üç gündə 1 milyon nüsxə ilə satdığını açıqlayıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu nəticə "Game Pass" abunəsi olan oyunçular nəzərə alınmadan əldə edilib.

Müəlliflər həmçinin oyunçulara layihələrinə inandıqları üçün təşəkkür ediblər.

Qeyd edək ki, "Clair Obscur: Expedition 33" aprelin 24-də PC, PS5, "Xbox Series X/S" üçün buraxılıb. "Metacritic"də oyunun orta tənqid xalı 92-dir.

Eyni aqreqatorda oyun həm də ən yüksək istifadəçi reytinqinə malikdir - 10 baldan 9,6 bal.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью