Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi FOTO

24.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

“Lada Azimut”un Rusiyada satışlarına dekabrın 1-də start veriləcək.

Avtosfer.az xəbər verir ki, bunu AVTOVAZ-ın direktoru Maksim Sokolov yerli mediaya bildirib. Direktorun sözlərinə görə, model gündə 50 ədəd istehsal edilir və avtomobillər dərhal yerli dilerlərə göndərilir. Gələn il 20 min “Azimut” satışı planlaşdırılır.
Bununla belə, Sokolov yeni maşının qiyməti və Rusiyadan kənarda satışları ilə bağlı məlumat verməyib.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью