Yeni layihə: 4 milyon manat ayrıldı

17.02.2025

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Şəki rayonu ərazisində Şinçay çayında sahilbərkitmə işləri aparılacaq.

News24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.

Məlumata görə, sahilbərkitmə işləri sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçiriləcək.

Qurum Şinçay çayında sahilbərkitmə işlərinin 3.930.242,52 manata başa gələcəyini proqnozlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью