Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Aprelin 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 1
Tədbirdə iştirak edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
Bu ifadə Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir. Tədbir çərçivəsində Avropa ilə əməkdaşlığın gələcəyi müzakirə edilib.
Azərbaycan təbii qaz təchizatı sahəsində mövqeyini gücləndirərək daha geniş bazarlara, xüsusən də Avropaya qaz ixracını artırmağı hədəfləyir.
Gələcəkdə bu qaz təchizatının daha çox şəbəkələrlə inteqrasiya edilməsi gözlənilir.
Yaşıl enerji sahəsində Azərbaycanın atdığı addımlar da bu perspektivə uyğun olaraq həyata keçirilir.
2030-cu ilədək 6 giqavatlıq günəş və külək enerjisi istehsalı hədəfi Azərbaycanı Avropa və Asiya arasında mühüm enerji təchizatçısına çevirəcək.
Bununla yanaşı, su elektrik stansiyalarının qurulması və bərpa olunan enerjinin inkişafı ölkəmizin enerji təchizatının dayanıqlı və təmiz olmasına kömək edəcək.