Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İrandakı yeni liderlərin onunla görüşmək istədiklərini deyib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Atlantic” jurnalına müsahibəsində danışıb və qeyd edib ki, təklifi müsbət cavablayıb:
“İranın yeni liderləri mənə görüş təklif etdilər. Danışmaq istəyirdilər, mən də qəbul etdim, buna görə onlarla danışacağam. Bunu əvvəldən etməli idilər. Çox uzun müddət gözlədilər”.