Yeni mərhələ başlayır: çətin olacaq!

04.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“ABŞ Prezidentinin tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini 330 milyard dollar azaldacaq. Dünya Ticarət Təşkilatının qiymətləndirmələrinə görə, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq. 2024-cü ildə qlobal ticarətin həcminin 33 tirlyon dollar olduğunu nəzərə alsaq dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O əlavə edib ki, bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. “Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur: heç də asan olmayan bir dönəmə”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью