Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22.04.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Çin arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, əlverişli iqtisadi mühit bir çox məsələlərlə yanaşı, həm də onu tələb edir ki, sadələşdirilmiş bir viza rejimi də mövcud olsun. Çünki viza rejimi mövcud olduğu təqdirdə iki dövlət arasında münasibətlərin intensivləşdirilməsi üçün geniş imkanlar açılır. Bu, turizm sektoruna çox müsbət təsirini göstərir. Keçən il Azərbaycan bir qayda olaraq, Çin vətəndaşları üçün viza rejimini götürmüşdür. Bu da ölkə ərazisinə gələn çinli turistlərin, çinli biznes insanların çox rahat şəkildə, maneəsiz ölkə ərazisinə girişinin təmin olunmasına xidmət edən bir hal kimi dəyərləndirmişdi. Bu, kifayət qədər müsbət bir fikir idi. İndiki proseslər bir daha onu göstərir ki, Azərbaycanla Çin arasında viza rejiminin qarşılıqlı şəkildə götürülməsi və buna dair yaxın günlərdə müvafiq sənədin imzalanması həm də Azərbaycan Respublikası vətəndaşlarının Çinə intensiv şəkildə axın etməsinə gətirib çıxarar”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bu miqrasiya mübadiləsinin intensiv xarakter almasına səbəb olan bir hadisədir və görünən odur ki, iki dövlət arasında miqrasiya mübadiləsi intensiv xarakter alır.

Azər Allahverənov

“Eyni zamanda turizm sektoru ilə bağlı da miqrasiya ilə bağlı olan, turizm sektoru ilə bağlı olan, müvafiq əlaqəli sektorların da inkişafı üçün geniş imkanlar açır. Turizm sahəsinin inkişafında, turizm sektoru ilə bağlı olan digər sahələrin ayrı-ayrı aspektləri üzrə inkişaf etdirilməsi üçün geniş imkanların açıldığını biz görürük. Çünki miqrasiya mübadiləsi sırf mexaniki bir proses deyil. Burada çox vacib bir sıra mühüm oturuşmuş məqamlar var ki, bu məqamlarda bu və ya digər formada özünü büruzə vermiş olur. Sırf bu nöqtey-i nəzərdən miqrasiya mübadiləsinə müsbət təsiri ilə yanaşı, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrinin, pozitiv şəkildə bundan faydalanacağına və mənfəət götürəcəyinə səbəb olacaq”-deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, adətən miqrasiya mübadiləsi həm də millətlərarası, mədəniyyətlərarası mübadilənin də bir çox seqmentlərini özündə ehtiva edir. Deputat bildirib ki, miqrasiya sahəsinə müsbət təsir göstərməklə yanaşı, qarşılıqlı şəkildə viza rejiminin götürülməsi eyni zamanda miqrasiya ilə bağlı olan mədəniyyətlərarası dialoq və mədəniyyətlərarası mübadilə istiqamətində də münasibətlərin daha da intensiv xarakter almasına gətirib çıxaracaq.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью