Yeni məşqçinin adı açıqlandı Ançelottini o əvəz edə bilər

06.01.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, Ançelotti mövsümün sonunda “Real”ı tərk edəcək. “Fichajes”də dərc edilən xəbərdə, "Real Madrid"in mövsümün sonunda baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıracağı, ispan nəhənginin onun yerinə sabiq futbolçusu "Bayer"in çalışdırıcısı Xabi Alonsonu gətirəcəyi iddia edilib. İddialara görə, tərəflər arasında razılıq əldə edilib.

Qeyd edək ki, “Real” mövsümün əvvəlində uğurlu oyun nümayiş etdirmədiyinə görə, tənqid edilib. 19 turdan sonra “Real” La Liqada 43 xalla birinci yerdədir. “Real” bir oyun çox keçirdiyi “Atletiko Madrid”i 2 xal qabaqlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью