Yeni məxfi materiallar ifşa olunacaq!

20.08.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nyu-York məhkəməsi Ceffri Epşteyn və Gislen Maksvell işi üzrə böyük həcmdə sənədlərin məxfiliyinin ləğv edilməsinə qərar verib.
OLAY yazır ki, söhbət Epşteynin ehtimal olunan qurbanı Virciniya Cuffrenin 2015-ci ildə Maksvellə qarşı böhtan iddiası ilə bağlı araşdırma zamanı toplanmış materiallardan gedir. Uzun müddət “məxfi” statusunda saxlanılan sənədlərin açıqlanmasına hakim qərar verib.

Hazırda həbsdə olan Gislən Maksvell sənədlərin yayımlanmasına qarşı çıxıb. Məlumata görə, iş materiallarında təkcə Epşteyn və Maksvellə deyil, bir sıra digər kişilərə qarşı da ciddi ittiham xarakterli məlumatlar ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью