Yeni monetar siyasətin nəticəsi olaraq unikal əmanətçilərin sayı 80% dən çox artıb

04.02.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni monetar siyasətin nəticəsi olaraq ötən il unikal əmanətçilərin sayı 2024-cü illə müqayisədə 81.3% artıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov qeyd edib ki, maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi üçün likvidliliyin örtülməsi əmsalı tətbiq edilib:

"Bu da banklara tələb gətirdi ki, daha çox müddətli depozitlərin cəlb edilməsi ilə məşğul olsunlar. Sistem əhəmiyyətli bankların depozit faizləri 6% həddində idi. Likvidliliyin örtülməsi əmsalı və faiz xərclərinə ədalətlilik prinsipi tətbiq edildikdən sonra bankların faiz xərcləri artdı. Bu islahatların nəticəsi olaraq 2024-cü ildə müddətli depozitlərin həcmi 1.8 milyard manat, ötən il isə 2.3 milyard manat artıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью