Yeni mövsümdə AFFA Azərbaycan klublarına nə qədər vəsait ayıracaq?

11.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün AFFA tərəfindən ayrılacaq maliyyə vəsaiti bəlli olub.

QOL.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında açıqlayıb.

Onun sözlərinə görə, əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Yeni mövsümdən Premyer Liqada 12 komanda iştirak edəcəyindən bu məbləğ 10 deyil, 12 yerə bölünəcək.  Bu isə o deməkdir ki, hər kluba illik 2.5 milyon manat veriləcək. Daha əvvəl isə klubların hər birinə 3 milyon manat vəsait ayrılırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью