Yeni mövsümdə I Liqada da legioner limiti dəyişəcək

07.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümdə I Liqada da legioner limiti dəyişəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, ölkə futboluna rəhbərlik edənlər aşağı dəstənin də səviyyəsini yüksəltmək, həmçinin, 2025/26 "futbol ili"nin yekununda elitaya yüksələcək komandanın Premyer Liqaya hazır olmasını nəzərə alıb bu addımı atmağa qərar verib.

Redaksiyamıza daxil olan bilgiyə əsasən növbəti mövsümdə I Liqada limit "8+3" olacaq. Yəni, komandalar eyni anda 8 legionerin xidmətindən yararlana biləcəklər. İcraiyyə Komitəsinin qarşıdakı iclasında bu məsələ gündəmə çıxarılacaq.

Qeyd edək ki, hazırda I Liqada limit "8+3" şəklindədir. Hər komandanın heyətində maksimum 3 əcnəbi meydana çıxa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью