Yeni mövsümə hazırlaşan “Sumqayıt”ı KONKRET

06.07.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

KONKRET.az xəbər verir ki, komanda bu gündən 2026/2027-ci il mövsümünün hazırlıqlarına start verib.

İyulun 24-dək məşqlərini “SOCAR Polymer Arena”da keçirəcək “Sumqayıt” ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsinə başlayacaq. Avqustun 8-dək davam edəcək təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Sumqayıt”ın rəqibləri aşağıdakı kimidir:

– 26 iyul: “Kəpəz”;

– 30 iyul: “Şamaxı”;

– 3 avqust: “İmişli”;

– 7 avqust: “Əl-Xaraitiyat” (Qətər).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью