Yeni mövsümün 3 Azərbaycan derbisi Hansı turda və harda?

18.07.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025/26 mövsümü Azərbaycan Premyer Liqasında “Qarabağ”la “Neftçi”nin hansı turlarda qarşılaşacağı müəyyəbləşib.

QOL.az-ın məlumatına görə, üç dövrədən ibarət olacaq yeni mövsümün ilk Azərbaycan derbisi 11-ci turda keçiriləcək. Həmin gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək. 

Komandalar arasında növbəti qarşılaşma 21-ci turda “Neftçi”nin meydanında təşkil ediləcək. Nəhayət, 3-cü dövrədə bu iki komanda arasında oyun 29-cu turda baş tutacaq. Həmin görüşdə də meydan sahibi tərəf Bakı klubu olacaq.

Hələlik oyunların vaxtı açıqlanmayıb.

Qeyd edək ki, yeni mövsüm Azərbaycan Premyer Liqası avqustun 15-də başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью