Yeni müqavilə, yeni maaş, yeni nömrə

30.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yuventus” futbolçusu Kenan Yıldızın müqaviləsini yeniləmək istəyir.

Futbolpress.az xəbər verir ki, “qoca sinyora” 19 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2029-cu ilin yayına kimi artırmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” türk futbolçunun maaşını 300 min avrodan 1 milyon avroya yüksəltmək və ona 10 nömrəli formanı vermək istəyir. Tərəflər arasında danışıqlar davam edir.

Kenan ötən mövsüm 32 oyunda 4 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью