Yeni nəsil kassa aparatları ilə dövriyyə 18 mlrd. manata yaxınlaşıb

09.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью