Yeni nəsil mafiya: 47 nəfər saxlanıldı

24.12.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Türkiyədə motosiklet cinayətkar dəstələrinə qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, İstanbulda son 1 həftədə baş tutan əməliyyatlarda 47 şübhəli tutulub.

Şübhəlilərdən 40-ı polis bölməsində işlər tamamlandıqdan sonra sövq edildikləri ədliyyə orqanları tərəfindən həbsxanaya göndərilib.

Əməliyyatlar zamanı aparılan axtarışlarda istifadə edilən 17 sənədsiz tapança, 1 sənədsiz tüfəng və oğurlanmış motosiklet ələ keçirilib.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью