Yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 20 mlrd. manatı ötüb

06.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA ) vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью