Yeni nəsil nəzarət kassa aparatları ilə dövriyyə 25 mlrd. manatı ötüb

04.12.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar - noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 25 milyard 54,4 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyard manat, yaxud 13,1 faiz çoxdur.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, indiyədək ölkə ərazisində 109.611 ədəd yeni nəsil NKA quraşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью