“Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” Hikmət Hacıyev | Icma.az
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Texnologiyalara və innovasiyalara müqavimət Kopernik və ya Cordano Brunonun ideyalarına qarşı mübarizəni xatırladır”.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
“Bugünkü Şuşa Qlobal Media Forumu süni intellektə həsr olunub. Hər il biz ən vacib və aktual mövzuları seçməyə çalışırıq.
Bu gün süni intellekt ətrafında müxtəlif müzakirələr gedir. Bu təhdiddir, yoxsa fürsət?
Və mən burada texnologiyalara qarşı mübarizəyə çağırmıram”, - deyə H.Hacıyev bildirib.
Onun fikrincə, texnologiyalara, innovasiyaya və yeniliyə qarşı mübarizə Cordano Bruno və ya Kopernikin ideyalarına qarşı mübarizə ilə müqayisə edilə bilər.
“Başa düşürsünüz, yeni nəsillər də bizi buna görə tənqid edəcəklər.
Tam oxu
Xəbəri oxu