Yeni pandemiya gözlənilir? ÜST rəhbərindən xəbərdarlıq

12.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İqlim böhranı səhiyyə və sağlamlıq böhranıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, hazırda prezidentlərin iqlim məsələsini müzakirə etdiklərini vurğulayıb:

“Gələcəyi analiz etmək bizim öz əlimizdədir”.

Eyni zamanda ÜST rəhbəri pandemiya məsələsinə toxunub:

“Viruslarla mübarizədə təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir. Sağlamlığımızı qorusaq və bəzi şeylərin qarşısını almaq üçün əlimizdən gələni etsək, bu, baş verməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью