Yeni Partiya qurultay keçirir: CHP dəvət edilmədi

14.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Partiyanın “Türkiyə yenilənir” mövzusunda 1-ci qurultayı öz işinə başlayıb.

“Cebheinfo.az”-ın da məlumatına görə, qurultay noyabrın 14-15-də davam edəcək. 

Partiyanın təsis edilməsi məqsədilə keçirilən qurultayın ilk günündə ümumi sədr, ikinci günündə isə 150 nəfərlik Partiya Məclisinə və İntizam Komitəsinə seçkilər keçiriləcək.

Qurultayda 1 202 nümayəndə səs verəcək. Yeni Partiyanın sədri Özgür Özel qurultaya qatılan yeganə namizəddir.

Onun demək olar ki, bütün nümayəndələrin səsini alaraq yenidən partiya lideri seçiləcəyi gözlənilir.

Qurultaya 27 siyasi partiya dəvət olunsa da, CHP dəvət almayıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью