Yeni plan: Sürücülər işdən çıxarılacaq, yerinə veteranlar gətiriləcək

16.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp yük maşını sürücüsü kimi çalışan qeyri-qanuni miqrantların əvəzinə amerikalı hərbi veteranların işə cəlb edilməsini nəzərdə tutan yeni planını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Tramp Pensilvaniya ştatında keçirilən hərbi investisiya sammitində çıxışı zamanı qeyri-qanuni miqrantlarla bağlı hökumətin siyasətindən danışıb.

O bildirib ki, hökumət qeyri-qanuni miqrant yük maşını sürücülərinə qarşı sərt tədbirlər görür və onların yerinə ABŞ hərbi veteranlarının işə götürülməsi planlaşdırılır: "Ordumuzda ağır yük maşınları idarə etmiş hər bir amerikalı avtomatik olaraq kommersiya sürücülük vəsiqəsi almaq hüququ qazanacaq".

ABŞ Prezidenti təşəbbüsün icra mexanizmi ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью