Yeni prezident 613 məhkumu əfv edib

19.01.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan prezidenti Mixail Kavelaşvili 613 məhkumu əfv edib.

24News.ge xəbər verir ki, bu barədə onun sosial media hesabında məlumat paylaşılıb.

Məlumata görə, əfv “humanizm prinsipi”nə əsaslanan "Natlisğeba" (xaç suyuna çəkilmə) bayramı ilə əlaqədar baş tutub.

Qeyd olunub ki, Gürcüstan prezidentinin Konstitusiya ilə ona verdiyi səlahiyyətlərdən istifadə etməsi humanizm və dövlət marağı prinsipinə əsaslanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью