Yeni prezident Cənubi və Şimali Koreyanı birləşdirmək istəyir

03.07.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənub və Şimal hətta “yüzlərlə ildən sonra” birləşə bilər".  

"Unikal" xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Jae-Myonq deyib. 

"Biz mümkün olduqda bir-birimizin varlığını etiraf etməliyik və qarşılıqlı faydalı bir yol tutmalıyıq", - deyə C. Koreya lideri ifadə edib. 

Onun sözlərinə görə, Koreya müharibəsindən 80 il keçib və tarixi baxımdan bu, çox da uzun müddət deyil. 

Xatırladaq ki, ötən ay Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının namizədi Li Jae-Myonq növbədənkənar prezident seçkilərində qalib gəlib.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью