Icma.az bildirir, sport24.az portalına istinadən. Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq.
Sport24.az xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.
"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir.
O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.
Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan mütəxəssis Türkiyə Superliqasını və kubokunu qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.