“Yeni qala” konsert kompleksinin açılışı olub

22.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Binə Atçılıq Mərkəzinin ərazisində “Yeni qala” adlı konsert kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər və incəsənət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, milli memarlıq elementlərini və müasir texniki vasitələri birləşdirən kompleks açıq havada opera tamaşalarının, konsertlərin və digər tədbirlərin təşkili üçün geniş imkanlar yaradır.

Açılış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Afaq Abbasova, Anton Ferştandt, solistlər Atəş Qarayev, Aytac Şıxəlizadə, eləcə də teatrın orkestri və xoru Mustafa Mehmandarovun dirijorluğu ilə çıxış ediblər.

Süvari keçidi ilə başlayan bədii proqramda müxtəlif janrlarda ümumilikdə 13 musiqi nömrəsi səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью