Yeni qanun korrupsiya ilə bağlı müzakirələrə səbəb oldu

29.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada xarici dövlətlərin vəzifəli şəxslərinə rüşvət verilməsinə qarşı mübarizəni gücləndirən yeni qanun qüvvəyə minib. Lakin qanunun bəzi müddəaları ölkədə korrupsiya ilə bağlı müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 28 noyabr 2026-cı ildən qüvvəyə minən 5052-IX nömrəli qanun xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına görə cinayət məsuliyyətinin əhatəsini genişləndirir.

Yeni dəyişikliklərə əsasən, beynəlxalq kommersiya əməliyyatlarında şirkət adından çıxış edən səlahiyyətli şəxslər də korrupsiyanın qarşısının alınması üçün tədbirlər görməlidirlər. Həmçinin hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı normalar genişləndirilib.

Qanun Ukraynanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) xarici dövlət rəsmilərinə rüşvət verilməsinə qarşı mübarizə konvensiyasına qoşulması çərçivəsində qəbul edilib.

Vilayət Muxtar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью