Yeni qanun layihəsi hazırlanıb Mikayıl Cabbarov

25.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət strukturlarına təqdim edilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ölkədə özəl investisiyaların daha da artırılması, özəlləşdirmənin davam etdirilməsi, ixrac potensialının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью