Yeni qatarların intervalın azalmasına təsiri olacaq? AÇIQLAMA

07.11.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bakı Metropoliteninin xəttə buraxdığı yeni qatarların intervalın azalmasına təsiri olmayacaq".

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bildirib ki, qatarlar arasında intervalı azaltmaq üçün Yaşıl və Qırmızı xətlər ayrılmalıdır:

"Bu prosesə artıq start verilib. Xətlərin ayrılması üçün metronun "İçərişəhər" və "Xətai"stansiyalarından sonra qatarların hərəkəti üçün dönmə kameraları inşa olunmalıdır. Bu kameralar inşa olunduqdan sonra xətlərin ayrılması ilə bağlı ilkin mərhələ baş tutacaq".

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью