Yeni qayda: işçilərə qarşı bu rəftar yolverilməzdir

16.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Globalinfo.az “Trend”ə istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью