Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Koksidiostat və ya histomonostatlar heyvanlarda bəzi parazitar xəstəliklərin qarşısının alınmasında istifadə olunan maddələrdir.
Bəzən bu maddələr yemə məqsədli şəkildə əlavə edilməsə də, istehsal zamanı çarpaz çirklənmə nəticəsində yemə, daha sonra isə heyvan mənşəli qida məhsullarına keçə bilər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirib ki, yeni sanitariya norma və qaydaları məhz belə hallarda qida məhsullarında yol verilən maksimum qalıq miqdarlarını müəyyən edir.
Qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Məqsəd insan sağlamlığının qorunması və heyvan mənşəli qidaların təhlükəsizliyinin təmin edilməsidir.
Bu qaydalar yemə məqsədli şəkildə əlavə olunan koksidiostat və histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum qalıq miqdarlarına şamil edilmir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin