Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistan parlamenti ölkənin ali hərbi komandanlığının səlahiyyətlərini genişləndirmək üçün yeni qanunları təsdiqləyib.
“Cebheinfo.az”-ın məlumatına görə, hərbi komandanlq strukturunun əsaslı şəkildə dəyişdirilməsi quru qüvvələrinin güc orqanlarında təsirini artırıb.
Pakistanın Baş naziri Şahbaz Şərif ölkə parlamenti ilə birlikdə Pakistan Müdafiə Qüvvələri Aktı və Milli Komandanlıq Hakimiyyəti Dəyişikliyi Aktı adlı qanunları qəbul edilib.
Çox qısa müddət ərzində qəbul edilən bu qanunlar ötən ilin noyabr ayında Konstitusiyaya edilən 27-ci düzəlişdən sonra yaradılan Müdafiə Qüvvələri Rəisi vəzifəsinin hüquqi səlahiyyətlərini müəyyən edir.
Yeni qaydalara əsasən, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsi ləğv edilib. Onun yerinə Pakistan Ordusunun Qərargah rəisi Asim Munirin rəhbərlik etdiyi Müdafiə Qüvvələri Qərargahı yaradılıb. Bu qərargah üç silahlı qüvvə üzərində tam əməliyyat səlahiyyətinə və nəzarətə malikdir.
Müşahidəçilərin fikrincə, son islahatlar hərbi qurumlar üzərində mülki hakimiyyətin nəzarətini zəiflədəcək.
Müdafiə sistemində aparılan dəyişikliklər dünya mediasında Asim Munirin Pakistanın əsl hökmdarına çevrilməsi kimi şərh edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin