Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib. Nazir Rəşad Nəbiyev bununla bağlı yeni qərar imzalayıb. Qərara əsasən, tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar üçün nəzərdə tutulur”.
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, bu tələbləri yalnız bilmək kifayət deyil, proseslər barədə ümumi məlumatlı olmaq da vacibdir:
“Hazırda iri şəhərlər – Bakı, Gəncə, Sumqayıt nəqliyyat vasitələrinin rentabelliyinin artırılması və müxtəlif proseslərə cəlb olunmasında əsas yükü daşıyır. Gələcəkdə Xankəndi, Şuşa, Laçın, Ağdam və digər azad olunmuş ərazilər də prosesə daxil ediləcək.
Nəqliyyat vasitələrinin istismarı zamanı avtomobil, sərnişin və yükdaşımalarının konseptual həllini planlaşdırmaq üçün bu şəhərlərin potensialı nəzərə alınmalıdır. Əks halda, proseslərin ləngiməsi qaçılmazdır. İlk növbədə müntəzəm marşrutlar üzrə sərnişin daşımalarının keyfiyyətli və dayanıqlı təşkili prioritetdir.
Digər məsələlər isə ikinci planda qalır. Bu yanaşma həm nəqliyyat xidmətlərinin stabilliyini təmin edir, həm də iri şəhərlərdə sərnişinlərin rahatlığını artırır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.