Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Təhsil eksperti Adil Vəliyev tələbələrə və valideynlərə kirayə ev axtarışı zamanı e
Ölkə.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, son günlər ali məktəblərə qəbul olunan tələbələr arasında saxta elanların “qurbanı” olanların sayı artıb.
“Məsələn, bir ailə rayondan Bakıya təhsil almağa gələn övladları üçün ev elan saytından mənzil bəyənib.
Lakin ev sahibi guya tələbat çox olduğu üçün 100 manat beh tələb edib.
Pul göndərildikdən sonra isə həmin nömrəyə zəng çatmayıb”, – deyə ekspert bildirib.
Adil Vəliyev tələbələrə mümkün qədər universitet yataqxanalarına üz tutmağı məsləhət görüb: “Əgər yataqxanada yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər/rayona gələrək, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı "qurban" siz olmayasınız”.
Həmidə İbrahimova Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.