Yeni qərar: Rusiyada qadınlar bu işlərə cəlb olunur

18.02.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada qadınlara ekskavator və traktorları idarə etmək üçün icazə veriləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik məlumatında bu qərarın kadr çatışmazlığına görə verildiyini bildirib.

Yeni qərarla kadr çatışmazlığı ilə əlaqədar qadınların işləməsinin məhdudlaşdırıldığı zərərli və ya təhlükəli əmək şəraiti olan işlərin siyahısını azaldıb.

Artıq qadınlar açıq və yerüstü mədənlərdə, karxanalarda, özüyeriyən maşınların idarə edilməsində işləyə biləcəklər.

Vilayət Muxtar
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью