Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında dövriyyədə olan metal pul nişanlarının — 3, 5, 10 və 20 qəpikliklərin dizaynının dəyişdirilməsi ilə bağlı şayiələr yayılıb.
İddialara görə, sözügedən qəpiklərin rəngində və üzərindəki təsvirlərdə müəyyən yeniliklər edilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “Yeni Sabah”ın sorğusuna savab olaraq bildirilib ki, sözügedən qəpiklər 2021-2022-ci illərdə tədavülə buraxılıb: Toyuqlu pizza
"Bütün metal pul nişanları Mərkəzi Bank Dövlət Gerbi və istehsal ili əlavə edilməklə yenilənmiş və kütləvi olaraq tədavülə buraxıb. Mövcud və yenilənmiş metal pul nişanlarına dair məlumatlar, eləcə də onların təsvirləri Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə oluna bilər (https://www.cbar.az/moneymarks/coins?category=1).
Pul nişanlarının dövriyyəyə buraxılmasını Mərkəzi Bank iqtisadiyyatın tələbinə uyğun olaraq həyata keçirilir. Tədavülə buraxılmış kağız və metal pul nişanlarının ümumi həcminə dair məlumatlar isə Mərkəzi Bank dövri olaraq rəsmi internet səhifəsində dərc edir. Bu istiqamətdə daha ətraflı məlumatları aşağıda qeyd olunan linkdən əldə etmək mümkündür:
https://www.cbar.az/page-33/cash-circulation
Bununla əlaqədar, vətəndaşlara tövsiyə edirik ki, milli pul nişanları və Mərkəzi Bankın digər fəaliyyət sahələri ilə bağlı məlumatlarda rəsmi internet səhifəsi və sosial media səhifələrini istinad mənbəyi kimi istifadə etsinlər”.