Yeni qurum yaradıldı Qərar

14.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Təhlükəli Tullantı Poliqonu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, təsərrüfathesablı “Təhlükəli Tullantı Poliqonu” MMC muxtar respublika ərazisində əlvan və qara metal tullantıları istisna olmaqla, təhlükəli tullantıların, o cümlədən istehsalat, tibbi, yararsız tullantıların, zərərli kimyəvi maddələrin, civə və civə birləşmələrinin yığılması (toplanması), daşınması, yerləşdirilməsi, çeşidlənməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə işləri yerinə yetirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью