Yeni Ramanada “Mercedes” avtobusla toqquşdu VİDEO

06.11.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Sabunçu rayonunda avtobusla minik avtomobili toqquşub.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 6-da saat 07:40 radələrində Yeni Ramana yolunda baş verib.

Belə ki, 169 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-CT-341 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusla 90-HG-602 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

Şahidlərin iddiasına görə, qəzaya “Mercedes” sürücüsünün manevr qaydasını pozması səbəb olub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə səbəbindən yolda sıxlıq yaranıb.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228560.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью