Yeni razılaşmalar münasibətlərin gələcəyini möhkəmləndirə bilər ŞƏRH EDİLDİ | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. "Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr həm siyasi, həm də iqtisadi aspekt
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında münasibətlərin əsas istiqamətlərini enerji əməkdaşlığı, ticarət, nəqliyyat-logistika, təhlükəsizlik, insan hüquqları və mədəni-humanitar sahələr təşkil edir: "Ən mühüm istiqamət enerji sektorudur.
Azərbaycan “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya qaz ixrac edir və bu, Aİ üçün enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.
Xüsusən Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan Avropanın enerji diversifikasiyasında əsas tərəfdaşlardan birinə çevrilib.
Bununla yanaşı, bərpa olunan enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Ticarət və iqtisadi münasibətlər də sürətlə inkişaf edir.
Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşıdır və ixracın böyük hissəsi Avropa bazarına yönəlir.
Bakı isə Avropa üçün həm enerji, həm də Orta Dəhliz üzərindən tranzit imkanlarını artırmaqla regional logistika mərkəzi rolunu gücləndirməyə çalışır.
Tam oxu
Xəbəri oxu